Siyasət

Rusiya ümid edir ki, Bakı və Tehran arasında fikir ayrılıqları müvəqqəti xarakter daşıyır

Moskva Bakı və Tehran arasında münasibətlərin normallaşmasına şərait yaratmağa hazırdır. Bu barədə RF XİN başçısı Sergey Lavrov çərşənbə günü Moskvada İranın xarici işlər naziri Abdullahiyanla görüşdən sonra bildirib.

“Ümid edirik ki, Bakı və Tehranın münasibətlərində hazırkı ixtilaflar müvəqqəti xarakter daşıyır və ən qısa zamanda aradan qaldırılacaq. Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşın, o cümlədən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində layihələrin həyata keçirilməsinin irəliləməsinə də şərait yaradacaq.

Biz mövcud problemlərin həllində dostlarımıza kömək etməyə hazırıq”, deyə Lavrov qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button