Hadisə

Qaçqın taksi sürücüsünü bıçaqladılar: həbs təhlükəsi var

Bu ilin fevral ayının 5-indən 6-na keçən gecə Bakıda taksi xidməti göstərən Anar Qəhrəmanov bıçaqlanıb. Xoşagəlməz hadisə nəticəsində əl və ayaq nahiyələrindən xəsarət alan sürücü çoxlu qan itirərək huşunu itirib.

Xəstaxanaya yerləşdirilən Anar Qəhrəmanovun səhhəti kritik olmasına baxmayaraq, istintaq cəlb edilib. Ən maraqlısı isə odur ki, davakarları ayırmaq istəyən sürücünü hüquq-mühafizə orqanları günahkar hesab edərək, həbs etmək istəyirlər. Səbəb isə Anar Qəhrəmanovun və yaxınlarının polisə rüşvət verməməsidir. Belə ki, ilkin təhqiqat aparan müstəntiq Anar Qəhrəmanova yalnız pul verilməsi şərti ilə bu prosesdən günahsız çıxa biləcəyini deyib. Əks təqdirdə həbs ediləcəyini deyib.

Davada zərərçəkən olmasına baxmayaraq, Anar Qəhrəmanov hazırda günahkar çıxarılmaqdadır…

Bənzər yazılar

Back to top button