Dünya

“İŞİD-ə qoşuldum, amma sadəcə PlayStation oynadım”

2 həftə əvvəl Azad Suriya Ordusu tərəfindən ələ keçirilən İŞİD terrorçusu maraqlı etirafla diqqəti çəkib.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatından qaçmağa çalışarkən tutulan 22 yaşlı Şabaz Süleyman “Məsuliyyəti öz üzərimə götürürəm, İŞİD-ə qoşulmuşam. Bu terror qrupuna daxil idim, lakin heç kimi öldürməmişəm. Kalaşnikov silahım və hərbi formam var idi, amma heç kimi vurmadım” deyib.

İngiltərə vətəndaşı olan terrorçu suriyalı mülki şəxslərlə “PlayStation” oynadığını, velosipedə mindiyini, İŞİD işğalında olan torpaqlarda olsa da, normal həyat sürdüyünü deyib. İnsanların bu hekayəsinə inanmayacağını qeyd edək gənc terror qrupu haqqında kitab yazmağı planlaşdırdığını dilə gətirib.

Qeyd edək ki, Süleyman 3 il əvvəl Türkiyəyə tətilə gəlib, sonra isə Suriyaya gedərək İŞİD-ə qoşulub.

Bənzər yazılar

Back to top button