AnalitikaDünya

Tokayev NUR-SULTANI Nazarbayevsiz qoydu…

Qazaxıstanda mart ayında keçirilən parlament seçkilərinin nəticələrindən sonra, nəhayət, Kasım-Jomart Tokayevin adını daşıyan siyasi sistem formalaşıb. Ölkə hələ də liberal demokratiyadan uzaqdır və orada hakimiyyətin bölüşdürülməsi prezidentin xeyrinə kəskin şəkildə dəyişib. Bununla belə, parlamentin rolu dəyişib- indi o, Tokayevin formalaşdırdığı “Müxtəlif fikirlər- bir millət” prinsipini özündə cəmləşdirir. Əsas qanunverici orqan hakimiyyətin müzakirə və bəzən tənqid məkanına çevrilir. Bu, prezident Tokayevin dövründə ikinci parlament seçkisidir-əvvəlkilər bu yaxınlarda, 2021-ci ildə keçirilib. Yenilərinin keçirilməsi ilə bağlı qərar 2022-ci ilin yanvar iğtişaşları ilə bağlıdır ki, bu iğtişaşlar nəinki Qazaxıstandakı siyasi rejimi sarsıtdı, həm də Tokayev üçün fürsət pəncərəsi açdı: cəmiyyətdə dəyişiklik tələbi yarandı və onu təmin etmək lazım idi…

Bu fürsətdən istifadə edərək, Tokayevdə sistemi özü üçün yenidən qurur. Seçki kampaniyasının qızğın çağında belə görünürdü ki, qaynayan partiya həyatı siyasi rejimin demokratikləşməsinin bariz göstəricisidir. Müstəqil və iqtidaryönlü namizədlər seçicilərlə fəal şəkildə görüşür, proqramları və PR strategiyaları üzərində düşünür, televiziyada digər namizədlərlə debatlar aparırdılar. Əsas mövzu Rusiyanın Ukraynaya təcavüzünün nəticələri və Moskva ilə münasibətlərin gələcəyidir. Kampaniya zamanı ən perspektivlilər Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə əlaqəsi olmayan partiyalar olub. Yəni, Sosial Demokratlar, eləcə də iki yeni partiya – “Respublika” və “Baytak”…

Görünürdü ki, seçkilər Qazaxıstanın siyasi sisteminin demokratikləşmə istiqamətində böyük addım atdığını sübut etməli idi. Lakin səsvermə prosesi və onun nəticələri göstərir ki, bu hərəkətin sürətini şişirtmək olmaz. Ənənəyə uyğun olaraq, bu dəfə də saxtakarlıqlar (müşahidəçilər bir neçə seçki məntəqəsində dolğunluğu qeydə alıblar) və inzibati resurslardan istifadə (ATƏT müşahidəçilərinin dediyi kimi) olub. Tokayevin ötən il elan etdiyi siyasi islahatlar başa çatıb. Eyni templə davam etməyə təcili ehtiyac yoxdur, bu isə o deməkdir ki, gələcəkdə hakimiyyət siyasi sistemin mövcud formasını və onun içindəki yerini qoruyub saxlamağa çalışacaq…

Pərviz Əliyev, beynəlxalq əlaqələr üzrə mütəxəssis

Bənzər yazılar

Back to top button