Hadisə

Kənd Təsərrüfatı Nazirliyininin 21 milyonluq müqavilə bağladığı şirkət məhkəməlik oldu

“Azfert” MMC məhkəməlik olub.

32gun.az-ın əldə etdiyi məlumata görə, buna səbəb İctimai Qayda, İqtisadi fəaliyyət qaydalarına əlehinə olan İnzibati Xətalardır.

Belə ki, “Azfertm” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub.

İş Xəzər Rayon Məhkıməsində hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.

Aldığımız məlumata görə, şirkətin Qanuni təmsilçi: Kazımov Zaur Mənsim oğludur.

Qeyd edək ki, “Azfert” MMC dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC ilə milyonluq müqavilələr imzalayıb.

“Aqrolizinq” ASC 75 ədəd taxılyığan kombaynın satınalınması üçün “AZFERT” MMC ilə 21 milyon 549,87 min manat məbləğində müqavilə bağlayıb.

Bənzər yazılar

Back to top button