Cəmiyyət

Bakıda yağış, dağlarda qar gözlənilir

Aprelin 2-də Bakıda və Abşeron yarımadasında yağışlı hava gözlənilir, bəzi yerlərdə yağış intensiv olacaq, mülayim cənub-qərb küləyi əsəcək, Milli Hidrometeorologiya Xidməti bildirib.

Havanın temperaturu gecə müsbət 3 +5, gündüz müsbət 7 +9 dərəcə olacaq.

Ölkə rayonlarında bəzi yerlərdə yağış yağacaq. Dağ və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Sinoptiklər Böyük Qafqazda bəzi yerlərdə gecə və səhər intensiv qar yağacağını proqnozlaşdırırlar.

Ayrı-ayrı yerlərdə duman gözlənilir, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 11 +16, dağlarda gecə mənfi 5 -10, gündüz 0 -5 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button