GündəmManşetSiyasət

Tehran yenə də Bakını İsrailin həqiqi niyyətləri barədə xəbərdar edir

İrana qarşı vahid cəbhənin yaradılması ilə bağlı İsrailin xarici işlər nazirinin azərbaycanlı həmkarına ünvanladığı fikirlərə reaksiya verən İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kanani Tvitter-də yazıb: “Biz Azərbaycan hökumətindən sionist rejimin xarici işlər nazirinin İrana qarşı vahid cəbhənin formalaşdırılması haqda Azərbaycanla sazişinə dair bəyanatına açıqlama verməsini xahiş etdik.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi cavab verməməyə çalışdı və bunun əvəzinə İrana qarşı yeni ittihamlar irəli sürdü”, – Kanani davam edib.

“Məgər sükutun davam etdirilməsi Bakının strateji tərəfdaşının [Təl-əviv rejiminin] bəyanatlarının gizli təsdiqi deyilmi”, – İran nümayəndəsi əlavə edib.

“Müsəlman ölkələrinə yaxınlaşaraq, cinayətkar sionist rejim öz ekspansionist məqsədlərinə çatmaq üçün islam ümmətində mübahisələr və parçalanma toxumu səpməyə çalışır”, – o deyib.

“Biz Azərbaycandakı müsəlman qardaş və bacılara sionist düşmənin əsl niyyətlərindən xəbərdar olmağı məsləhət görürük”,-iranlı diplomat Tvitter-də yazıb.

İran nümayəndəsi bu şərhləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Tehranı bu ölkə parlamentinin üzvünün qətlinə bağlılıqda səhvən ittiham edən nümayəndəsinin bəyanatına cavab olaraq verib, Mehr agentliyi qeyd edir.

İsrailin xarici işlər naziri Eli Koen martın 29-da Tel-Əvivdə Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında belə deyib: “İran regionumuzu təhdid edir, terrora dəstək verib maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”.(Turan)

Bənzər yazılar

Back to top button