GündəmManşetSiyasət

“Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər”

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaniyə cavab verib.

O, bu barədə tvitter hesabında paylaşım edib.

“Azərbaycana qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır? Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər”, – paylaşımda bildirilib.

Qeyd edək ki, daha əvvəl İran XİN sözçüsü tvitter hesabında paylaşım edərək Azərbaycan tərəfinin İran XİN suallarına cavab vermədiyini bildirib.

 

Bənzər yazılar

Back to top button