İdman

“Qalatasaray” “Atletiko”nun futbolçusunu transfer etmək istəyir

“Atletiko”nun müdafiəçisi Santyaqo Arias karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az İspaniyanın “Sport” nəşrinə istinadən xəbər verir ki, “Qalatasaray” Ariasın xidmətində maraqlıdı. “Atletiko” 28 yaşlı futbolçu ilə yolları ayırmağa hazırdı. Ariasın müqaviləsində göstərilən təzminat məbləği 40 milyon avro təşkil edir. Bununla belə, Madrid klubu daha aşağı qiymətə kolumbiyalını satmağa razıdı.

2019-20 mövsümündə 11 matçda meydana çıxan Arias 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun transferini 12 milyon avro dəyərində qiymətləndirir.

Bənzər yazılar

Back to top button