İqtisadiyyatManşet

Azərbaycanda 490 min yeni iş yeri açılıb, amma işsizlərin sayı 124 min artıb – RƏSMİ

Son 3 ildə Azərbaycanda 559 min 943 yeni iş yeri açılıb.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ölkədə 559 min 943 yeni iş yerinin açılmasına baxmayaraq işsizlərin sayı artıb. Belə ki, son 3 ildə Azərbaycanda işsizlərin sayı 124,2 min nəfər artıb.

Məlumat üçün bildirək ki, son 3 ildə 70,6 min iş yeri də bağlanıb. Açılan iş yerlərindən bağlanan iş yerlərin sayını çıxdığımız zaman 489,3 min yeni iş yerinin mövcud olduğu görülür. Bu sayda yeni iş yerinin olmasına baxmayaraq işsizlərinin sayının artması başa düşülən deyil.

Bu yalnız o halda baş verə bilər ki, açılan yeni iş yerlərinin 100%-i də müvəqqəti iş yerləri olsun, ya da işsiz insanlar açılan iş yerlərində işləməkdən imtina etsinlər. Qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda açılan yeni iş yerlərinin müəyyən hissəsinin daimi iş yerləri olduğu dəfələrlə bildirilib. Belə olan halda işsiz insanların sayının artmasının əsas səbəbi onların işləməkdən imtina etməsilə bağlıdır.

Bənzər yazılar

Back to top button