Siyasət

Ermənistan parlamentində “Qarabağı kim satıb?” davası – Təfərrüat

Oktyabrın 3-də Ermənistan Milli Assambleyasının növbəti dördgünlük sessiyası başlanıb.

Yeniavaz.com xəbər verir ki, “Azadlıq radiosu”nun erməni xidməti iclasın gərgin mühitdə keçdiyini yazır.

Qeyd olunur ki, müxalifətdən və hakim partiyadan deputatlar bir-birini Qarabağa xəyanət, kapitulyasiya və onun təslim edilməsində suçlayırlar.

“Hayastan” müxalifət fraksiyasından Artsvik Minasyan hökuməti “millətin məhvi”nə aparan siyasət yürütməkdə ittiham edib. O deyib ki, iclasın əvvəlində parlamentin hakim partiyanı təmsil edən rəhbərliyi heç həlak olanların xatirəsini yad etməyi gərəkli saymayıb.

“O müttəfiq indi haradadır?”

Hakim “Mülki müqavilə” partiyasından Vaaqn Aleksanyan cavabında ittihamları düzgün ünvana yönləndirməyi məsləhət görüb.

“Sizin Artsaxda (Qarabağ) hakimiyyəti ələ keçirəndə necə eyforiyada olduğunuzu elə bilirsiniz xatırlamırıq? Sizin həmkar deyirdi: “Bu hakimiyyət dəyişikliyi ilə sübut elədik ki, Dağlıq Qarabağın Rusiyanın timsalında bir güclü müttəfiqi var?”. O müttəfiq indi haradadır? Siz deyirdiniz, “bundan sonra Dağlıq Qarabağda hakimiyyət patriotlara məxsusdur”. Hansı patriotlara? Dağlıq Qarabağın ləğvi barədə sərəncam imzalayanlara? Tariximizdə nə qədər kapitulyasiya olubsa, sizin partiyanızın boynuna düşür, cənab Minasyan”, – Aleksanyan “Daşnaksutyun” partiyasından müxalifət deputatına deyib.

“Şərəfim var” müxalifət fraksiyasının rəhbəri Ayk Mamicanyan isə Baş nazir Nikol Paşinyanı Qarabağın verilməsini Praqada rəsmiləşdirdiyini, Qarabağın Azərbaycanın tərkib hissəsi elan etdiyini bildirib.

Spiker Alen Simonyan isə bunun cavabında “Sizə bu fikri söyləməyi ruslar deyib, hə?”, – deyə bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusu sentybarın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Sentybarın 25-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirilən İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində bildirib ki, beş gün əvvəl Azərbaycan öz suverenliyini tam təmin edib.

Bənzər yazılar

Back to top button