AnalitikaDünya

MAKRON PEKİNDƏ….

24 fevral hadisələrindən keçən bir ildə Çin Qərb dövlətləri ilə Rusiya və hətta Tayvan üstündə mübahisə etmək fikrində olmadığını açıq şəkildə bildirdi. Qərb ölkələri hələ ki, Çini öz düşərgəsinə girməyə və Rusiyanı heç bir formada, hətta sözlə dəstəkləməməyə məcbur etmək üçün bütün kozırlarından istifadə etməyiblər. Şübhə yoxdur ki, Qərb liderləri Çinə imtina edə bilməyəcəyi bir təklif etməyə çalışacaqlar. Aİ Çin istehsalı olan mallar üçün böyük bir bazardır və ASEAN və ABŞ-dan sonra Pekinin üçüncü ən böyük ticarət tərəfdaşıdır…

Avropa da öz növbəsində ABŞ kimi Çinlə bütün əlaqələri kəsməyə çalışmır. Lakin o, qorxur ki, Çin Putini silahlandırmağa başlasa, ABŞ Çinə qarşı sanksiyalar tətbiq edəcək və Avropanı da eyni addımı atmağa çağıracaq. Buna görə də Aİ Amerika kölgəsindən çıxmağa və Çinlə münasibətlərdə müstəqil oyunçu kimi özünü təsdiq etməyə çalışır. Bu, Avropa liderlərinin Pekinə bir sıra səfərlərinin əsas məqsədidir. Bununla belə, G7 həmkarlarından – ABŞ, Kanada, Yaponiya və Böyük Britaniyadan fərqli olaraq, 27 Aİ ölkəsinin Çinlə bağlı dəqiq ifadə edilmiş mövqeyi yoxdur…

Pərviz Əliyev, çinşünas

Bənzər yazılar

Back to top button