GündəmManşetSiyasət

ABŞ və Avropa İttifaqı müharibə şəraitində enerji bazarlarında sabitliyin pozulmasına imkan verməyəcəklər

Bayden administrasiyası bu qış enerji asılılığının aradan qaldırılması üzrə Avropanın “nailiyyətini” yüksək qiymətləndirərək bu istiqamətdə birgə səyləri davam etdirməyə çağırıb.

“Biz bununla arxayın olmamalıyıq”, – Dövlət Departamentinin Brüssel Media Mərkəzində keçirilən brifinqdə ABŞ-ın energetika nazirinin müavini Devid Törk Turan-ın sualını cavablandırarkən deyib.

Onun şərhləri çərşənbə axşamı ABŞ və Avropa İttifaqının enerjidən silah kimi istifadə etmək və qlobal enerji bazarlarında sabitliyi pozmaq cəhdlərinə “qarşı dayanmaq” niyyətini təsdiqləməsindən sonra səslənib.

“Hər iki tərəf qlobal enerji bazarında sabitlliyin pozulması və sanksiyalardan yayınmaq cəhdlərinə qarşı birbaşa müqavimət göstərməyə qətiyyətlə sadiq olduqlarını təsdiqləyiblər”, – ABŞ və Avropa İttifaqının birgə bəyanatında deyilir.

ABŞ və Avropa İttifaqının Brüsseldəki Energetika Şurası digər məsələlərlə yanaşı, Ukrayna və Moldovanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi yollarını da müzakirə edib. Ukrayna və Moldovanın elektrik şəbəkələrinin Avropa İttifaqı ilə uğurlu sinxronlaşdırılmasından sonra Ukraynanın dəstəklənməsi, bərpası və yenidən qurulması, eləcə də Moldovanın dəstəklənməsi tədbirləri davam etdiriləcək.

Bənzər yazılar

Back to top button