Cəmiyyət

Ölkəmizdə koronavirusa yoluxan 6 həkim sağaldı

“Bu gün ölkədə fəaliyyət göstərən heç bir xəstəxanada kütləvi yoluxma halı baş verməyib”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, COVID- 19 xəstələrinin müalicə alındığı xəstəxanalarda həkimlər qorunmağa diqqət göstərirlər: “Yoluxma poliknikalarda və ya ambulator sahələrdə qeydə alınır. Çünki orada qoruyucu vasitələrdən yaxşı istifadə edilmir. Bundan əlavə, xəstəxanaların içərisinə infeksiyanın gətirilməsi məsələsi var. Məsələn, dünən tibb müəssəiələrinin birinin təsərrüfat bacısı yoluxub. Doğrudur, həmin xəstəxana içərisində yoluxma yoxdur. Tibb bacısı da virusu ailəsindən gətirib. Yəni onun epidemioloji analizi də bunu təsdiq edib. Bu, çox təhlükəli vəziyyətdir”.

R.Bayramlı deyib ki, həkimlərin yoluxması ilə bağlı statistika var və açıqlanacaq: “Bir tibb müəssisəsində 6 nəfər virusa yoluxmuşdu. Hazırda həmin həkimlər sağalıblar. Cəlilabadda isə həkimlər arasında bir və ya iki yoluxma qeydə alınmışdı”.

Bənzər yazılar

Back to top button