GündəmHadisə

“Uşaq haqqında dediklərim düzdür” – İşdən çıxarılan baş həkim

Xəbər verdiyimiz kimi, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən azad olunub. A.Rəsulovun Əmək Məcəlləsinə əsasən, yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu deyilir.

Amma burada digər maraqlı məqam da var. Bildiyimiz kimi, Xətai rayonundakı 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Lakin baş həkim Ağahəsən Rəsulov uşaqda psixi pozğunluğun olmadığını bildirib. Bundan bir gün sonra isə o, nazirin əmri ilə vəzifəsindən azad edilib.

Məsələ ilə bağlı Bizim.media-ya açıqlama verən Ağahəsən Rəsulov vəzifədən azad olunduğunu təsdiqləyib:

“Səbəbini yaxşı olar ki, Səhiyyə Nazirliyindən soruşun. Bu barədə mən danışmaq istəmirəm”.

Vəzifədən azad olmasının uşaq evindən şikayət edən yeniyetmə ilə bağlı səsləndirdiyi fikirlə əlaqəli olması sualına isə Ağahəsən Rəsulov belə cavab verib:

“Mən uşaq haqqında nə demişəmsə, düz demişəm. Burada nə var ki, onun haqqında dediklərimi yenə də təkrarlaya bilərəm”.

Bənzər yazılar

Back to top button