İdman

Menecerindən şok iddia: O, Haalanddan da güclüdür

“Napoli”nin hücumçusu Viktor Osimhenin agenti Andrea D’Amiko müştərisinin performansından danışıb.

Aut.az xəbər verir ki, Andrea təklif sarıdan korluq çəkməyəcəklərini bildirib:

“Osimhen gələn mövsüm hara gedə bilər? Düşünürəm ki, təkliflə bağlı problemimiz olmayacaq, xüsusən də İngiltərədən. Osimhen hazırda dünyanın ən güclü hücumçusudur.

Hətta Haalanddan da güclüdür. Bütün transfer qərarları yalnız mövsüm bitdikdən sonra veriləcək. PSJ variantı da var. Çünki onların hücum xəttində ciddi itkiləri olacaq.

Məncə, Messi Mayami variantını bəyənir. Ancaq bu barədə əmin deyiləm, bu, sadəcə mənim fikrimdir”.

Daha əvvəl bildirilmişdi ki, Osimhen Nigeriya millisinin düşərgəsində zədələnib və hazırda müalicə alır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button