Siyasət

İran parlamenti Azərbaycanın İsraildə səfirlik açmasını pisləyib

Aprelin 5-də İran parlamentinin 210 deputatı bəyanat qəbul edərək İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyib. Onlar İranın Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik tədbirlər görməyə çağırıblar, İRNA agentliyi bildirib.

Bəyanatda deyilir ki, Azərbaycan hökuməti “sionist rejimin mərkəzində səfirlik açaraq, öz səfirini saxta rejimə təqdim edərək islam dünyasının maraqlarına zidd hərəkət edir”.

Azərbaycan hökumətinin bu addımı “bir çox mənfi siyasi nəticələrə səbəb olacaq və dünya müsəlmanları onları fələstinliləri öldürən və əziyyət edən sionist rejimin ortaqları kimi baxacaqlar”.

İran parlamenti ərəb və islam ölkələri hökumətlərini, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın bu addımını pisləməyə çağırıb.

İranın Xarici İşlər Nazirliyinə bütün islam ölkələrinə müvafiq müraciət göndərmək təklif edib.(Turan)

Bənzər yazılar

Back to top button