CəmiyyətDünya

Koronavirusla mübarizə insan ovuna çevrildi: zorla aparılır, küçədə döyülürlər (VİDEO)

Koronavirus epidemiyası səbəbindən Çində 70 milyon insanın qaldığı karantin bölgəsində virusla mübarizə insan ovuna çevrilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, xəstəlik daşıyıcısı olduğundan şübhəli bilinənlər evlərindən zorla çıxarılaraq karantin düşərgələrinə aparılır, küçədə maskasız gəzənlər döyülərək, həbs edilirlər. Həmçinin sadəcə qida və dərman üçün evdən çıxmağa icazə verilən bölgədə küçəyə çıxanlar təsadüfi yoxlanılır, temperaturu yüksək olanlar düşərgələrə aparılır. Karantin bölgəsində baş verənləri çəkib internetdə paylaşanlar və bir çox jurnalistlərin həbs olunduğu, yaxud saxlanıldıqdan sonra yoxa çıxdıqları bildirilir.

Honq Konqda isə insanlar tualet kağısının bitəcəyi ilə bağlı şayiələrin yayılmasından sonra marketlərə axın ediblər. Rflər boşalmamış marketə çatanlar tualet kağızlarının yanında xatirə şəkilləri də çəkdiriblər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button