İdman

“Livepul” Salahla yeni müqavilə imzaladı – VİDEO

Məhəmməd Salah “Liverpul”da qalacaq.

Fanat.Az xəbər verir ki, İniltərə klubu misirli ulduzla müqavilənin müddətinin uzadılması barədə məlumat yayıb. Klubun rəsmi saytının yaydığı məlumatda 26 yaşlı futbolçunun yeni müqaviləsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, Məhəmməd Salah “Liverpul”a 2017-ci ilin yayında “Roma”dan 42 milyon avroya transfer olunub. O, ötən mövsüm 52 oyuna 44 qol vurub və mövsümün ən yaxşı futbolçusu seçilib.

Bənzər yazılar

Back to top button