İdman

“Qarabağ” – “Qalatasaray” oyunundan əldə edilən vəsait açıqlandı

“Qarabağ” Türkiyə “Qalatasaray”ı ilə Bakıdakı xeyriyyə matçından əldə olunan vəsaiti açıqlayıb.

Bu barədə klubun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib.

Məbləğ qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürüləcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda oynanılmış “Qarabağ” – “Qalatasaray” matçı 2:1 “Qalatasaray”ın qələbəsi ilə bitib.

Bənzər yazılar

Back to top button