CəmiyyətGündəm

Dövlət Komitəsinin sədrinin Azərbaycan məscidlərinin İranın təsiri altından çıxarılması haqqında açıqlaması

İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb. Bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, bunun qarşısını almaq üçün Dini Komitə kifayət qədər səbrlə, məqsədyönlü şəkildə iş aparıb.

“İran rejimi dini ideologiya ilə təzyiqlər göstərməyə çalışır. Azərbaycan və digər ətraf ölkələrə özünün dövlət-din modelini yaymaq istəyir. Azərbaycanda da bu təbliğatı aparmaq üçün sosial şəbəkələr üzərindən kampaniyalar aparıb. Dini Komitə bu kimi halların qarşısını almaq üçün geniş işlər görüb və görməkdədir”.

Qurbanlı bildirib ki, məscidlərə təyinat səlahiyyəti komitəyə keçəndən sonra ölkəmizdə təhsil almış, dövlətimizin maraqlarını ifadə etməyə qadir olan 120-yə yaxın şəxs təyinat alıb, 118 din xadimi isə işindən uzaqlaşdırılıb.

Bundan əlavə, Komitə sədri bildirib ki, keçmiş Əbu Bəkir məscidində isə təmir işləri başa çatdırılıb və yaxın zamanlarda məscidin açılışının olacağı gözlənilir.

Bənzər yazılar

Back to top button