Cəmiyyət

Bakıda küləkli, rayonlarda yağıntılı hava gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın bəzi yerlərində arabir yağıntı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button