Dünya

Ermənistanda rüşvətlə əsgərləri arxa cəbhəyə keçirən polkovnik saxlanıldı

Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan Silahlı Qüvvələrinin polkovnikini saxlayıb.

Qaynarinfo-nun məlumatına görə, polkovnik rüşvət müqabilində əsgərləri bir hərbi hissədən digərinə, eləcə də ön cəbhədən arxa cəbhəyə keçirməkdə ittiham olunub.

Qeyd olunub ki, polkovnik valideynlərin xahişi ilə 2 000-2 500 dollar müqabilində əsgərləri onların seçdikləri hərbi hissəyə yerləşdirirdi.

Bundan başqa, o, müharibə dövründə fərarilik hallarını ört-basdır etməkdə ittiham olunub.

Həmin polkovniklə yanaşı daha 10 nəfər saxlanılıb.

Bənzər yazılar

Back to top button