İdman

Şeyxlər onu da çağırırlar: Fantastik təklif

“Roma”nın baş məşqçisi Joze Mourinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Il Corriere dello Sport” məlumat yayıb.

Qeyd olunur ki, səudiyyəli şeyxlər 60 yaşlı portuqaliyalıya üç komanda seçimini təklif ediblər: Milli, “Əl-Nasr” və “Əl-Əhli”. Mourinyoya iki illik müqaviləyə görə 120 milyon avro ödəniləcək.

Məşqçinin “Roma” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Mourinyo 2021-ci ilin mayından İtaliya klubunu çalışdırır. Portuqaliyalı “Roma” ilə 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi olub.

Bənzər yazılar

Back to top button