AnalitikaDünya

Çinin Ukrayna savaşından çıxardığı dərslər…

Sun Tzunun dediyi kimi: “Başqalarından nə qədər çox öyrənsən, bir o qədər az silahlanmağa ehtiyacın var. Özünüzü nə qədər çox silahlandırsanız, başqalarına bir o qədər az etibar edə bilərsiniz”…

Çin gələcək hərbi kampaniyaları üçün bəzi əsas dərslər çıxarmaq üçün Rusiya-Ukrayna müharibəsini öyrənməyə davam edir.

1. Rusiya hipersəs silahlarından istifadə bunkerlərin, sursat və yanacaq anbarlarının və digər hədəflərin məhv edilməsində öz effektivliyini göstərdi.

2. Starlink peyk sistemi Ukrayna qüvvələrinə hücumları koordinasiya etməyə imkan verdi. Çin tez bir zamanda oxşar aşağı orbitli peyk sistemini və rəqiblərini məhv etməyin yollarını inkişaf etdirməlidir.

3. Rusiyanın nüvə silahları ABŞ və Avropa ölkələrini münaqişəyə birbaşa daxil olmaqdan uğurla saxladı. Çin öz nüvə imkanlarını gücləndirməyə davam etməlidir.

4. Sursat çatışmazlığı. Sursat və ehtiyatları diqqətlə hazırlamadan və ehtiyat toplamadan müharibəyə başlanmayacaq.

5. ABŞ Ukraynadan Rusiyaya qarşı istifadə etdiyi kimi Tayvanı Çinə qarşı istifadə edəcək. Pekin, Moskva kimi, iqtisadi sanksiyalar, texnoloji qadağalar, informasiya kampaniyaları və kiberhücumları əhatə edən ABŞ-ın rəhbərlik etdiyi “hibrid müharibə” kampaniyasının mərkəzindədir.

Pərviz Əliyev, çinşünas

Bənzər yazılar

Back to top button