Hadisə

10 manat rüşvət vermək istədi, 150 manat cərimələndi

Göygölün Toğanalı kəndində qurulmuş polis postunda insident baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə DYP əməkdaşlarının Kəlbəcər ərazisinə girməyə çalışan betonqarışdıran maşının sürücüsü M.Əliyevin sənədlərini yoxlayan zaman qeydə alınıb.

Belə ki, polislər həmin vaxt maşında daha bir nəfərin olduğunu görüblər. Bildirilir ki, sürücü şəxsiyyət vəsiqəsini DYP əməkdaşına təqdim edən zaman əlinin içərisində 10 manat pulu polisə vermək istəyib. Sürücü pulu həmin şəxsin Kəlbəcərə buraxılması məqsədilə təklif edib.

Polis əməkdaşları M.Əliyevin təklifini geri çeviriblər, bu zaman sürücünün polisin qanuni tələbinə tabe olmadığı qeyd edilib.

Daha sonra vətəndaş polis bölməsinə dəvət olunub. Barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmruinə tabe olmama) ilə protokol tərtib edilib. Rayon Məhkəməsi protokol əsasında onu 150 manat cərimələyib.

Bənzər yazılar

Back to top button