İqtisadiyyat

Azərbaycanda 129 kənddə 50 nəfərdən az adam yaşayır – Statistika

Azərbaycanda əhalisinin sayı 50 nəfərdən az olan 129 kənd var.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanda mövcud olan 4 246 kənd arasında 97-nin əhalisi 5 000 nəfərdən çoxdur. Bu kəndlərdən 6-sı Naxçıvan Muxtar Respublikasında yerləşir.

Bundan başqa Azərbaycanda 79 şəhər var və bunlardan 1-də əhalinin sayı 3 000 nəfərdən azdır. Əhalinin sayı 500 000 nəfərdən çox olan yalnız 1 şəhər (Bakı) var. 4 şəhərdə əhalinin sayı 100 000 – 500 000 min arasında dəyişir. Şəhərlərin 67%-də və ya 53-də əhalinin sayı 10 000-50 000 arasındadır.

Ölkədə mövcud olan 262 qəsəbə arasında yalnız 5-nin əhalisi 50 000 – 100 000 arasında dəyişir. 167 qəsəbənin əhalisi isə 3 000 nəfərdən azdır.

Azərbaycan ərazisində olan 63 rayon arasında əhalisinin sayı 100 000 nəfərdən çox olan 29 rayon var.

Onu da qeyd edək ki, ölkədə əhalisinin sayı ən çox olan rayon Xətai rayonu hesab olunur. Açıqlanan son rəsmi məlumata görə bu rayonda 290 mindən çox insan yaşayır. İkinci yerdə Binəqədi rayonu qərarlaşıb – 267 min nəfər.
Paytaxt Bakıdan kənarda yerləşən rayonlar arasında əhali sayı ən çox Lənkəran rayonunda qeydə alınıb. Bu rayonda 232 min nəfər yaşayır.

Əhali sayının ən az olduğu rayon isə Xızı rayonudur. Bu rayonda 17,3 min nəfər yaşayır.

Bənzər yazılar

Back to top button