Hadisə

“Avazli & Co” mağazasında oğurluq saatlar satılır – FOTOLAR

2021-ci ildə Bakıda evlərin birində oğurlanan 28 minlik saat Nəsimi rayonunda İsveçrə saatlarının satışını həyata keçiriən “Avazli & Co” mağazasında aşkar edilib.

Qaynarinfo-nun məlumatına görə, oğurluq Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 121 saylı binada yerləşən mənzillərin birində edilib.

Mənzildən qiyməti 13 min manat olan 1 ədəd gümüşü rəngli metaldan, içərisində “Ulysee Nardin” markalı ümumi çəkisi 140,06 qram təşkil edən, qiyməti 16 min manat olan 1 ədəd gümüşü rəngli metaldan, içərisində “Hublot” markalı ümumi çəkisi 119,16 qram təşkil edən, qiyməti 700 manat dəyərində olan 1 ədəd “Tissot” markalı qol saatları və qiyməti 1000 manat olan “Versace” markalı sadə metaldan hazırlanmış kişi üzüyü oğurlanıb.

Oğurlanan “Hublot” və “Ulysee Nardin” markalı iki ədəd saatı “Avazli & Co” mağazasının direktoru tanışı vasitəsi ilə 5600 dollar ödəyərək əldə edib.

Bənzər yazılar

Back to top button