
Xəbər verdiyimiz kimi, aprelin 6-sı İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirliyin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin “persona-non-grata” elan etdiyi İran səfirliyinin diplomatlarının adları məlum olub.
Həmin şəxslər aşağıdakılardır:
Mirmahdi Mirsalampur Şərif
Qurbanəli Purmərcan Varcovi
Hadı Moğadam
Əsgər Bahari Xoş Mənzər