İqtisadiyyat
Prezidentdən Tarif Şurası ilə bağlı – Fərman

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndirilib.
Bu Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Şuranın üzvləri sırasına Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri əlavə edilib.