Siyasət

Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedəcək

Aprelin 10-da Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedəcək. Səfər prezident Kasım-Jomart Tokayevin dəvətilə baş tutacaq. Bu barədə cümə günü “Kazinform” agentliyi Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Astanada iki dövlət başçısının məhdud və geniş tərkibdə görüşləri keçiriləcək. Danışıqların gündəliyinə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı məsələləri daxildir, məlumatda deyilir.(Turan)

Bənzər yazılar

Back to top button