Dünya

ABŞ İranı siyasi məhbusları azad etməyə çağırıb

Cümə axşamı Dövlət Departamenti İranı siyasi məhbuslarla amansız rəftara görə pisləyib, Turan-ın Vaşinqton müxbiri bildirib.

“İranın siyasi məhbuslarla amansız rəftarında məqsəd adamları qorxutmaq və özgəfikirliliyi yatırmaqdır və bu, İran hakimiyyətinin öz xalqından nə qədər qorxduğunun göstəricisidir”, – Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik brifinqdə bildirib.

Patelin şərhi İran hakimiyyətinin populyar hip-hop ifaçısı Tumac Salehiyə işgəncə verdiyi və onun təcili tibbi yardıma ehtiyacı olduğuna dair xəbərlərə cavab olaraq səslənib.

“İran rejiminin Tumac ilə rəftarı təəssüf ki, insan hüquqlarının pozulmasına dair çoxsaylı faktlardan yalnız biridir”, – Patel əlavə edib.

“Biz İran rəhbərliyini Tumacı və digər siyasi məhbusları dərhal azad etməyə, ona lazımi tibbi yardım göstərməyə çağırırıq”,- Patel deyib.

Bənzər yazılar

Back to top button