CəmiyyətHadisə

Nazirlik: Bakıda 100-ə yaxın eldar şamı kəsilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Xəzər rayonu, Ramana 2 qəsəbəsində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

ETSN-in mətbuat xidmətindən Aztoday.az-a verilən məlumata görə, şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidəki yaşıllıq zolağının hasara alındığı və 100-ə yaxın Eldar şamı ağacının kəsildiyi aşkar edilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qanun pozucuları barədə qanuna müvafiq tədbirlərin görülməsi, ərazidə olan yaşıllıqların qorunması və hasarın sökülməsi üçün Sabunçu və Xəzər Rayon İcra Hakimiyyətlərinə və Bakı Şəhər Baş Polis İdarəsinə telefonoqramlar göndərilib.

Bənzər yazılar

Back to top button