Siyasət

“Qəbul etdiyimiz qanunları bəzən heç özümüz anlaya bilmirik” – Deputat

“Təklif edirəm ki, qəbul etdiyimiz qanunlara izahedici, aydınlaşdırıcı əlavələr hazırlayaq və qanunla bərabər qəbul edək”.

Bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin iclasında deyib.

Deputat qeyd edib ki, vətəndaş 15-20 il bələdiyyə torpağına sahib olub, ev, kommersiya obyekti tikib, amma onun üzərində mülkiyyət və icarə hüququnu təmin edə bilməyib:

“Qəbul etdiyimiz qanunları bəzən heç özümüz düz-əməlli anlaya bilmirik. Çünki hər birimizin fərqli ixtisası, təcrübəsi və ekspertiza sahəsi var. Sadə insanlar isə, ümumiyyətlə, baş çıxara bilmir. Təklif edirəm ki, qanunlara əlavələr hazırlayaq və orada dəyişikliklərin tətbiq sahələri, həyata keçirilmə mexanizmləri, fərdlərə və mülkiyyətçilərə aid ayrı-ayrı torpaq sahələri ilə bağlı məqamlar açıq-aydın göstərilsin”.

Bənzər yazılar

Back to top button