Mədəniyyət

Adil Kərimli İlham Əhmədovu rəis təyin edəcək?

Mədəniyyət Nazirliyində ciddi şəkildə islahatlara start verilməsi ilə bağlı ötən həftə oxucularımıza məlumat vermişdik. Qeyd etmidşik ki, nazirlik içində aparılan islahatlar artıq Regional Mədəniyyət İdarələrinə də çatıb. Buna misal olaraq Adil Kərimlinin son 1 ayda 4 idarə rəisini işdən çıxarılmasını deyə bilərik.

Ötən həftə yayılan məlumatda bildirilmişdi ki, işdən çıxarılacaq idarə rəislərindən biri də Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevdir. Haqqında müəyyən müsbət xəbərlər dolaşmasına baxmayaraq Rəşad Əliyevin sabiq nazir Anar Kərimovun əsas kadrlarından biri olduğunu qeyd etmişdik.

İlham Əhmədov

Xalqxeber.az-ın əldə etdiyi yeni məlumata görə Rəşad Əliyevin yerinə əsas namizədlərdən biri hazırda onun müavini işləyən İlham Əhmədovdur. 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsində işləyən İlham Əhmədovun müxtəlif kanallar vasitəsi ilə bu vəifəyə təyinat almaq üçün çalışdığı bildirilir. Məlumatda vurğulanır ki, İlham Əhmədov Sumqayıt Regional Mədəniyyət idarəsini və ona tabe olan rayon idarələrini çox yaxşı tanıdığı üçün onun rəis olması bir tərəfdən müsbət haldır. Çünki İlham Əhmədov işlək və yaradıcı şəxsdir. Belə birinin idarə rəisi təyin edilməsi əslində quruma canlama gətirər.

Bildirək ki, Sumqayıt Regional Mədəniyyət idarəsi bu ildən artıq Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, İlham Əhmədovun ali təhsil alması məsələsində qaranlıq məqamların olduğu iddia edilir. Belə ki, o, 2014-cü ildə Qubadlı rayon Mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsinə təyin olunandan bir il sonra 2015-ci ildə Ukrayna Respublikası Odessa Dövlət Memarlıq və İnşaat Akademiyasının “İqtisadiyyatın idarə edilməsi” fakültəsinə qəbul olunub.

Məhz idarə müdiri vəzifəsinə təyin edildikədən 1 il sonra ali təhsilə (həmdə xaricdə) başlaması bəzi qaranlıq məqamlara yol açır…

Bənzər yazılar

Back to top button