Siyasət

Paşinyanın Avropa Parlamentində çıxışından: 100 min erməni Qarabağı sülhməramlılar ucbatından tərk edib, Rusiya isə Ermənistanı tək qoyub

Rusiya sülhməramlılarının hərəkətsizliyi səbəbindən bir həftə ərzində 100 mindən çox erməni Qarabağı tərk edib, 20 min nəfər isə 44 günlük müharibədən sonra bölgəni tərk edib. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bu gün Brüsseldə Avropa Parlamentində çıxışında bildirib.

O, Ermənistanın müttəfiqlərini hərəkətsizlikdə ittiham edib.

“Ən yeni nümunə bu yaxınlarda baş verən hadisələrdir. Azərbaycan çoxillik etnik təmizləmə siyasətini həyata keçirərək, Dağlıq Qarabağa genişmiqyaslı hücum törədib. 10000-dən çox erməni Ermənistana qaçarkən təhlükəsizlik sahəsində müttəfiqlərimiz bizə nəinki kömək etmədilər, həm də açıq şəkildə Ermənistanda çevrilişə çağırış etdilər”, deyə o bildirib.

Daha sonra o, Azərbaycanı 2020-ci il müharibəsindən sonra Ermənistan ərazilərinin “işğalında” ittiham edib. O, “13 sentyabr 2022-ci il tarixində Ermənistana hücumu” bu “işğallardan” ən böyüyü adlandırıb.

“12 may 2021-ci ildə Azərbaycan SQ Ermənistan sərhədlərini pozub və 100 km-ə qədər hissədə Ermənistanın suveren ərazisinin 4 km-ə qədər dərinliklərinə nüfuz edib. Bu vəziyyətdə Ermənistanın təhlükəsizlik sistemi hesab olunan KTMT və ikitərəfli müqavilələrə əsasən təhlükəsizlik öhdəlikləri olan ölkələr Ermənistana heç bir kömək etməyərək, bizi tək qoyub”.

“Ermənistanda demokratiya güclü zərbələr almağa davam edir, bu zərbələr təkrarlanan ssenari əsasında endirilir: xarici təcavüz, Ermənistan müttəfiqlərinin hərəkətsizliyi, hökumətin devrilməsi üçün hərbi/humanitar vəziyyətdən istifadə cəhdləri. Bu, xarici qüvvələr tərəfindən daxili iğtişaşların yaradılması üçün hibrid texnologiyalardan istifadə ilə həyata keçirilir”, deyə Paşinyan bildirib.

O, Beynəlxalq Məhkəmənin, Avropa Parlamentinin, AŞPA-nın qərarları və ayrı-ayrı ölkələrin parlamentlərinin qətnamələrinin “Dağlıq Qarabağda ermənilərin etnik təmizləmələrinin” qarşısını ala bilməməsinə təəssüfünü bildirib.

Bənzər yazılar

Back to top button