İdman

İkardi: “İstanbul mənim üçün PSJ-dən maraqlıdır”

Müqavilə ilə PSJ-yə məxsus, cari mövsümü icarə əsasında Türkiyə “Qalatasaray”ında keçirən Mauro İkardi İstanbulda qalmaq istəyir.

Qol.az xəbər verir ki, bu haqda hücumçu özü açıqlamasında bildirib. O deyib: “Mən həqiqətən İstanbulda qalmaq istəyirəm. PSJ-də dünyanın ən yaxşı oyunçuları ilə oynamışam, amma özüm haqqında heç nə eşitməmişəm. Burada mənim üçün daha maraqlıdır, çünki mənə maraq görürəm”.

Xatırladaq ki, argentinalı forvardın icarə müqaviləsi bu ilin yayında başa çatır. Cari mövsümdə Mauro İkardi “Qalatasaray”da 17 oyun keçirib, 10 qol vurub, 7 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button