Dünya

BMT Baş Assambleyasının 75-ci sesiyasının sədri türk olacaq

Bu posta yeganə namizəd Volkan Bozkırın sədrliyinə qarşı erməni və yunan təxribatı davam edir

Məlum olduğu kimi, iyunun 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) bir neçə orqanına seçkilər keçiriləcək. BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri Tijani Muhammad-Bande deyib ki, BMT Təhlükəsizlik Şurasının, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvləri, eləcə də BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının sədri üçün seçkilərin keçiriləcək.

AzToday.az xəbər verir ki, Türkiyə və digər xarici ölkələrin mediasının yazdığına görə, koronavirus pandemiyasını nəzərə alaraq seçkilər eyni vaxtda – iyunun 17-də baş tutacaq və BMT-nin Baş Assambleyası salonunda müəyyən vaxtda 193 üzv dövlətin səfirləri gizli səsvermə yolu ilə seçim etməlidirlər.

Burada xüsusi diqqət BMT Baş Assambleyasının 75-ci sessiyasının sədrinin seçilməsinə yönəlib. Halbuki bu məsələ hələ martın əvvəlində həll edilmiş hesab edilirdi.

Qeyd edək ki, BMT Baş Assambleyasının sədri 5 regional qrup arasında rotasiya prinsipi əsasında seçilir. Bunlar aşağıdakı qruplardır: Afrika dövlətləri; Asiya və Sakit okean dövlətləri; Şərqi Avropa dövlətləri; Latın Amerikası və Karib dənizi; habelə Qərbi Avropa dövlətləri və digər dövlətlər.

2020-2021-ci illərdə Baş Assambleyanın 75-ci sesiyana rəhbərlik etmək üçün BMT Baş Assambleyanın 75-ci sədri Qərbi Avropa dövlətlərindən və Türkiyəni də daxil olan bir qrup dövlətdən birindən seçilir. Qrupda irəli sürülən yeganə razılaşdırılmış namizəd türk diplomatı, Türkiyənin keçmiş Avropa Birliyi (AB) naziri və əsas müzakirəçi, Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin rəhbəri, səfir Volkan Bozkırdır.

Onun namizədliyi əvvəlcədən bütün üzv ölkələrə yekdilliklə təsdiqlənmək üçün təqdim edilib, lakin bir sıra ölkələr səs vermə tələb edib. Diplomatik mənbələr bu ölkələrin Ermənistan, Yunanıstan və Kipr olduğunu qeyd edirlər.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına sədrliyin simvolik olmasına baxmayaraq, Ermənistan, Yunanıstan və Kiprin etirazına görə yekdilliklə təsdiqlənməyin əvəzinə Volakn Bozkırın namizədliyi 17 iyunda səsverməyə təqdim olunacaq.
Xatırladaq ki, BMT tarixində ilk dəfə olaraq Türkiyə nümayəndəsi bu ilin sentyabr ayında başlayacaq BMT Baş Assambleyasına 1 il müddətinə başçılıq edəcək.

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button