İdman

“Messi Martinesi dayandırmalı idi, onun jesti iyrəncdir” – Çeferin

UEFA prezidenti Aleksander Çeferin Argentina millisinin qapıçısı Emiliano Martinezin DÇ-2022-nin qalibi olmalarını qeyd edərkən etdiyi hərəkətləri pisləyib.

Qol.az xəbər verir ki, UEFA rəhbəri “Marca”ya açıqlamasında deyib ki, millinin kapitanl Lionel Messi Martinesi dayandrımalı idi: “Messi Martinesə nəsə deməli, onu dayandırmalı idi. Axı Messi bütün il boyu Mbappe ilə oynayır. Ona hörmət göstərməli idi. Mən başa düşə bilmirəm ki, Martines niyə Mbappeyə lağ edir. Bu, idmana yaraşmayan davranışdır. Heç xoşuma gəlmədi.

Əlcək jesti isə iyrənc idi. Belə etmək olmaz. Dünya çempionluğunu qazandınızsa, böyüklük göstər. Sən mükəmməl qapıçı ola bilərsən, amma yaxşı insan deyilsənsə…”

Qeyd edək ki, Martines finalda qalib gəldikləri Fransa millisinin hücumçusu Kilian Mbappenin şəklini oyuncaq kuklaya yapşıdırıb və parad zamanı nümayiş etdirib. Bu, Mbappenin PSJ-dəki komanda yoldaşı Lionel Messi gözü qarşısında olub.

Xatırldaq ki, Mbappe final matçında Martinesin qoruduğu qapıdan 3 top keçirib. O, penaltilər seriyasında da dəqiq olub.

Bənzər yazılar

Back to top button