Cəmiyyət

Bazar günü küləkli hava gözlənilir

Bazar günü, aprelin 9-da Bakıda və Abşeron yarımadasında dəyişkən Bulud örtüyü gözlənilir, bəzən buludlu, əsasən yağmursuz, mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya Nazirliyinin Milli Hidrometeoroloji xidmətinin məlumatına görə, gecə havanın temperaturu +8 +11 dərəcə, gündüz +16 +20 dərəcə olacaq.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz olacağı gözlənilir. Gün ərzində bəzi ərazilərdə sinoptiklər qısamüddətli yağıntıları proqnozlaşdırırlar. Bəzi yerlərdə bəzən duman gözlənilir, qərb küləyi əsəcək.

Gecə havanın temperaturu +6 +11 dərəcə, gündüz +20 +25 dərəcə, dağlarda gecə 0 +5 dərəcə, gündüz +6 +10 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button