GündəmManşetSiyasət

Ölkədə qaydasızlıq və xaosa yaxın bir vəziyyət var

Ərəstun Oruclu
Politoloq

Artıq 20 gündür Azərbaycandayam və həmin müddət ölkədəki vəziyyəti daxildən görüb dəyərləndirmək üçün az-çox yetərli sayıla bilər.

Odur ki, bu gündən başlayaraq 4 il 3 aydan sonra ölkəni necə gördüyüm barədə silsilə yazılar paylaşacağam.

Onlar əsasən ictimai-siyasi, sosial-iqtisadi, insan hüquq və azadlıqları ilə bağlı vəziyyəti əks etdirəcək.

Odur ki, hələlik ayrı-ayrılıqda detallara varmadan ümumi mənzərə haqqında qısaca bir neçə məsələyə dair fikir bildirmək istərdim.

Müşahidələrim göstərir ki, Azərbaycanda ən acınacaqlı vəziyyət hüquq və idarəetmə sahələrindədir. Amma əsas da elə budur, çünki bundan sonrası onların ortaya çıxan məntiqi nəticələridir. Nəticələr isə həqiqətən acınacaqlıdır.

Ölkədə qaydasızlıq və xaosa yaxın bir vəziyyət hökm sürür.

Söhbət etdiyim insanların az qala hamısı qanunsuzluqdan və qaydasızlıqdan daha çox əziyyət çəkdiyini deyir. Təbii ki, işsizlik, yoxsulluq, bahalıq, dövlət adına zorakılıq da öz növbəsində. Bütün bunlar haqqında ardıcıl olaraq yazacağam.

Heç nəyə baxmayaraq uzun fasilədən sonra Vətəndə olmaq möhtəşəm hissdir: özəlliklə də sevdiklərini, doğmalarını, əzizlərini və bütövlükdə həmvətənlərini görmək, onlarla canlı ünsiyyətdə olmaq.

Vətən dediyimiz də əslində elə onlardır.

Bənzər yazılar

Back to top button