İdman

Mourinyo onu elə ələ saldı ki… – FOTO

Joze Mourinyo Antonio Kassanonun tənqidlərinə cavab verib

Aut.az xəbər verir ki, “Roma”nın keçmiş hücumçusu portuqaliyalı məşqçinin Roma klubundakı işinə dəfələrlə mənfi qiymət verib. O, komandanı İtaliya futbolu üçün biabırçılıq adlandırıb.

“Hər bir insan tənqid etməkdə azaddır, hər kəsin öz seçimi var. Ancaq Antonio kimi insanlara gəldikdə, vəziyyət fərqlidir, çünki hamı işləyərkən, o əylənir. “Roma” və ya Mourinyonu tənqid edəndə də fərqi yoxdur, çünki əylənir.

Kassano “Roma”, “İnter” və “Real”da çıxış edib. “Real”da gödəkcəsinə görə yadda qalıb, “Roma”da meydana çıxmadan İtaliya Superkubokunu qazanıb, “İnter”də isə Lombardiya kubokunu belə götürə bilməyib.

“İnter”, “Real” və “Roma”da nələrə nail olduğumu bilirəm. Kassanonun mənimlə problemləri ola bilər, amma mənim onunla problemim yoxdur.

Mən ona yalnız bir şeyi deyə bilərəm: ehtiyatlı ol, Antonio, sənin 40 yaşın var, mənim isə 60. Bəzən həyatda Marko Livaya peyda olur, ondan sonra hər şey çətinləşir”, – Mourinyo “Torino” üzərində qələbədən (1:0) sonra deyib.

Məşqçi Livaydan danışarkən yəqin ki, Kassano ilə xorvatiyalı hücumçu arasında 2012/13 mövsümündə baş verən kəskin münaqişəni nəzərdə tutub. Həmin münaqişədə Antonio məğlub olub.

Bənzər yazılar

Back to top button