AnalitikaDünya

PEKİNDƏ İFTAR…

Martın 10-da Çinin vasitəçiliyi ilə İran-Səudiyyə Ərəbistanı barışığından sonra regionda çox sürətli və mühüm inkişaflar baş verib. Bu hadisələrdən ən maraqlısı Pekində baş verir. Pekində bir araya gələn Səudiyyə Ərəbistanı və İran xarici işlər nazirləri axşam iftar süfrəsində görüşərək, qarşıdakı dövr üçün ortaq əməkdaşlıq sahələrini müəyyənləşdiriblər. Məlumata görə, İran rəhbəri bayramdan dərhal sonra Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək. Əsəd əvvəl və ya sonra Sisi ilə görüşmək üçün Qahirəyə gedəcək və anormal vəziyyət olmadığı təqdirdə mayın 19-da Ər-Riyadda görüşəcək və Ərəb Liderləri Zirvəsinə qatılacaq. Bu görüşə hazırlıq çərçivəsində Əsəd ötən gün Əlcəzair prezidenti Tebbun ilə telefon danışığı aparıb…

Elə bu məqamda Moskvada görüşən Suriya, Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri Əsədin “Şərtlərimiz yerinə yetirilməyənə qədər Ərdoğanla görüşməyəcəyəm” dediyi üçün bir nəticəyə gəlmədən ayrıldılar. Əsəd türk əsgərlərinin Şimali Suriyadan çəkilməsini və Suriya ordusunun İdlibi Nusra işğalından azad etmək əməliyyatına qarışmamasını istəyib…

Pərviz Əliyev, çinşünas

Bənzər yazılar

Back to top button