Siyasət

Bu deputatlar nazir olmaq istəyir – Şok adlar

İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması Milli Məclisin bir neçə deputatını ümidləndirib. Çoxillik staja malik olan 3 parlamentarinin İnam Kərmovun boşaltdığı posu tutmağa iddialı olduğu bildirilir.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, Kənd təsərrüfatı naziri olmaq istəyən hər 3 deputat Milli Məclisin Aqrar siyasət komitəsində təmsil olunur. Hakimiyyətdəki mənbə saytımza onların adlarını da açıqlayıb.

Məlumatlı şəxsin sözlərinə görə, nazir postuna can atan parlamentarilərin siyahısına sözügedən komitənin sədri Tahir Rzayev başçılıq edir. Onun parlamentdəki kreslosunu nazir postu ilə əvəzləmək üçün bütün imkanlarını səfərbər etdiyi bildirilir.

Maraqlıdır ki, Tahir Rzayevin rəqibləri də kənar şəxslər deyil. Kənd təsərrüfatı naziri olmaq istəyən digər iddialılar da Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləridir. Deputat Eldar İbrahomov və Azər Badamovun da nazir postuna sahiblənmək niyyətində olduqları vurğulanır.

Mənbə İnam Kərimovun yerinə iddialı olan parlamentarilərin karyeralarını deputat kimi davam etdirəcəklərini bildirib. Onun sözlərinə görə, Tahir Rzayev və Eldar İbrahimovun yaşı 70-i ötdüyünə, Azər Badamovun isə bu sektora yad adam olduğuna görə nazir olmaq şansı yoxdur.

Müsahibimiz İnam Kərimovu sürpruz bir ismin əvəzləyəcəyinə əmin olduğunu bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button