İdman

Təzyiq ediblər ki, karyerasını bitirsin – Messiyə görə

Jerar Pikenin karyerasını bitirməsi ilə bağlı yeni məlumat yayılıb.

Aut.az xəbər verir ki, “Marca” nəşri bununla bağlı bəzi detalları açıqlayıb. Mənbənin məlumatına görə, klub Lionel Messinin “Barsa”ya rahat qayıtması üçün bu addımı atıb və Pikeyə təzyiq göstərib ki, getsin.

Messi ilə Pikenin münasibətlərinin yaxşı olmadığı bildirilir. Lionel hesab edir ki, Pike, onun klubdan getməsində fəal iştirak edib.

Daha əvvəl argentinalı hücumçunun PSJ ilə yeni müqavilədən imtina etdiyi və “Barselona”ya keçməkdə maraqlı olduğu bildirilirdi.

Leo bu mövsüm Fransa çempionatında 25 oyuna çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button