GündəmManşetSiyasət

Ermənistan mətbuatı Azərbaycanlı hərbiçinin saxlanıldığı haqqında məlumat yayıb

Aprelin 10-na keçən gecə Azərbaycanlı hərbiçi Ermənistanın Sisian mahalının Bnunis kəndidənki evlərdən birinin qapısını döyüb. O, yerli polis tərəfindən saxlanılıb. Orada ondan başqa bir azərbaycanlı da var, o, gizlənmiş ola bilər, axtarış aparılır. Bu barədə bazar ertəsi gündüz Ermənistan KİV-ləri məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə mülki geyimli şəxs Azərbaycan dilində azdığını və üç gün meşədə qaldığını deyir.

Qeyd edək ki, bəhs edilən kənd Ermənistan-Naxçıvan sərhədindən təxminən 10 km məsafədə yerləşir.(Turan)

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button