İdman

Mbappe istəmir ki, Messi…

PSJ-nin futbolçusu Kilian Mbappe komanda yoldaşı Lionel Messinin klubu tərk etməsini istəmir.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb. Fransalı forvard Messinin klubla müqaviləsini uzatmasının tərəfdarıdır. Paris təmsilçisinin rəhbərliyi argentinalı oyunçuya yeni sözləşmə təklif etsə də, Messi maliyyə şərtlərində razılığa gəlməyib. 35 yaşlı futbolçunun yayda klubu azad agent kimi tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, Messinin adı İspaniyanın “Barselona” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klublarıyla hallanır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button