Siyasət

Tokayev və Əliyev dar tərkibdə danışıqlar aparıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan prezidenti İlham Əliyev dar tərkibdə danışıqlar aparıb, xəbəri Akordanın mətbuat xidməti yayıb.

Tokayev dəvəti qəbul edib Astanaya gəldiyi üçün Əliyevə təşəkkür edib, deyə KazTAG bildirir.

“Avqustda mən Bakıya səfər etdim, bu səfər çox nəticəli olub və ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verib. İndi iki ölkə hökumətinin prezidentlərin tapşırıqlarını icra etmək üçün həyata keçirdiyi işi yoxlamaq zərurəti yaranıb. Qeyd etmək istərdim ki, Azərbaycan Qazaxıstan üçün qardaş, çox yaxın ölkədir. Bizim tərəfimizdən ticari-iqtisadi və investisiya sahələrində hərtərəfli əməkdaşlığı inkişaf etdirmək və əlbəttə ki, istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı siyasi fəaliyyət üçün mümkün olan hər şey edilir. Biz sizin səfərinizə hazırlaşırdıq. Diqqətimizi Zaqafqaziya regionunda lider rolu oynayan Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafı üzrə çox ciddi işlərə yönəltmişik. Aramızda heç bir problem yoxdur. Yalnız məhz bu istiqamətdə irəliləmək istəyi var”, deyə Tokayev qeyd edib.

Bənzər yazılar

Back to top button