İqtisadiyyat

Tokayev Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı təklif edir

Qazaxıstan və Azərbaycan prezidentləri Kasım-Jomart Tokayev və İlham Əliyev geniş tərkibdə danışıqlar aparıblar, xəbəri Akordanın mətbuat xidməti yayıb.

Qazaxıstan prezidenti bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

“Ötən il biz strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik fəaliyyətinin dərinləşdirilməsi haqqında bəyannamə, habelə 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair kompleks proqram imzalamışdıq. Bu gün də bir sıra mühüm sənədlər qəbul ediləcək. Bundan başqa, səfəriniz çərçivəsində biz Ali Dövlətlərarası Şuranın yaradılmasını təsbit edirik, bu, şübhəsiz ki, ikitərəfli münasibətlərə güclü təkan verəcək”, deyə Tokayev bildirib.

O, ticari-iqtisadi əməkdaşlığın xeyli irəlilədiyini məmnuniyyətlə qeyd edib.

“Bu gün artıq qeyd etdiyimiz kimi, ticarət dövriyyəsi 40% artıb və yarım milyard dollara çatıb. Düşünürəm ki, bu, mühüm nəticədir. Əminəm ki, iqtisadi potensialımız tam açıldıqca bu göstəricini 1 mlrd. dollara çatdıra bilərik. Bunun üçün bizim energetika, nəqliyyat, logistika, IT, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var”, deyə Tokayev qeyd edib.

Danışıqlar başa çatdıqdan sonra bir sıra dövlətlərarası sənədlər imzalanıb, dövlət başçıları isə mətbuat üçün bəyanatlarla çıxış ediblər. Təfərrüatlar növbəti materiallarda dərc olunacaq.(Turan)

Bənzər yazılar

Back to top button