Siyasət

Azərbaycan və Qazaxıstan liderlərinin danışıqlarının yekunlarına görə ikitərəfli sənədlər paketi imzalanıb

Azərbaycan prezidentinin Astanaya rəsmi səfəri çərçivəsində aprelin 10-da aşağıdakı sənədlər imzalanıb:

1. Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu;

2. Qazaxıstan Respublikasının “Fond Otandastar” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı anlaşma Memorandumu;

3. Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi əməkdaşlığa dair qarşılıqlı anlaşma Memorandumu;

4. “Qazaxıstan Respublikası Prezidentinin Teleradio Kompleksi” Milli Agentliyi və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAC) arasında qarşılıqlı anlaşma və əməkdaşlığa dair Memorandum;

5. “Qazaxıstan Xarici Ticarət Palatası” MMC və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı anlaşma memorandumu;

6. Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum.

Bənzər yazılar

Back to top button